Əfqanıstanın Loqar vilayətində ölkənin Silahlı Qüvvələrinə məxsus vertolyot qəzaya düşüb.
Moderator.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə Tolo News telekanalının tvitter səhifəsində məlumat verilir.
Qəza nəticəsində 3 nəfər ölüb, daha bir nəfər isə yaralanıb.
Qəzanın səbəbləri barədə məlumat verilmir.





































































































