Misir Türkiyənin yerini tutmaq istəyir -Rusiya bazarında

Misir Türkiyənin yerini tutmaq istəyir -Rusiya bazarında

Hazırda oxunan: Misir Türkiyənin yerini tutmaq istəyir -Rusiya bazarında

108930
"Rusiyanı təmin etməkdə maraqlıdır"

Moderator.az-ın xəbərinə görə, Misirin ticarət və sənaye naziri Tariq Kabil bəyan edib ki, Misir Rusiya bazarında Türkiyəni meyvə, tərəvəz, dəri geyimlər kimi sahələrdə əvəz edə bilər.

"Misir xüsusən Türkiyədən gətirilən mallarla Rusiyanı təmin etməkdə maraqlıdır", - deyə nazir qeyd edib.

Məlumata görə, bu təklif Rusiyanın ticarət və sənaye naziri Denis Manturovla müzakirə edilib.

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər tətbiq edilməsi haqqında fərman imzalayıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Fərmana əsasən Türkiyədən Rusiyaya müəyyən malların gətirilməsinə qadağa və ya məhdudiyyət qoyulur. Qadağa və məhdudiyyətlər, həmçinin türk şirkətlərinin fəaliyyətinə və Türkiyə vətəndaşlarının işə götürülməsinə də aiddir.

Fərmanda V.Putin Türkiyə ilə vizasız rejim haqqında sazişin qüvvəsinin 2016-cı il yanvarın 1-dən etibarən birtərəfli qaydada dayandırılmasına qərar verib.

Sənəddə digər iqtisadi tədbirlər də nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO