Moderator.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Energetik naziri Kaxa Kaladze söyləyib. Onun sözlərinə görə, enerji təhlükəsizliyi məsələsinin Nazirlər Kabinetində müzakirəsinə ehtiyac yoxdur:
“Enerji təhlükəsizliyi ilə bağlı Gürcüstanın heç bir problemi yoxdur. Əgər hansısa qruplaşmalar bundan istifadə edib, populist çıxışlar etmək istəyirlərsə, qoy etsinlər”x9d.
Qeyd edək ki, bundan öncə Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Nazirlər Kabinetinin iclasında enerji təhlükəsizliyi məsələsinə baxılmasını tələb etmişdi.
Tiflis bir müddət öncə “Qazprom”x9dla gizli danışıqlara başlamışdı. Danışıqlarda “Qazprom”x9ddan qaz alınması və Gürcüstan vasitəsilə şirkətin öz qazının tranziti məsələsi gündəmə gəlmişdi. Gürcüstan Energetika naziri Kaxa Kaladze isə hökumətin enerji mənbələrinin diversifikasiyasını həyata keçirmək istədiyini bildirmişdi.
Hazırda Gürcüstanın qazla təminatının 70%-ə yaxınını SOCAR həyata keçirir.



































































































