Obama Suriya məsələsində Putinə uduzur

Obama Suriya məsələsində Putinə uduzur

Hazırda oxunan: Obama Suriya məsələsində Putinə uduzur

100231
Ağ Ev sahibi Barak Obama hələ ki, Suriya məsələsində Putinə uduzur. xa0

Moderator.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda “Atlas”x9d Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu açıqlama verib. Rusiya Prezidenti Vladimir Putinin bu həftə Suriyadakı bombardmanla bağlı müsahibəsinə toxunan politoloq Vaşinqtonun planlarının Rusiya tərəfindən pozulduğunu deyib: xa0

“Putin açıq deməsə də, ABŞ İŞİD-i ona görə məhv etməkdə maraqlı deyil ki, terrorçular Əsədin axırına çıxsınlar. Putinin sözündə müəyyən qədər həqiqət var. ABŞ və Türkiyə ilk növbədə Əsəd hakimiyyətinin yıxılmasını istəyir, daha sonra terrorçulara keçməyi planlaşdırırlar. Ancaq Vaşinqtonun planını Rusiya pozur. Çünki Putin hərbi təyyarələri və Xəzərdən atdığı raketləri ilə Əsəd ordusunu gücləndirməyi hədəfləyib. Təsadüfi deyil ki, bu zərbələrdən ruhlanan Əsəd ordusu İŞİD mövqelərinə qarşı quru əməliyyatları həyata keçirirlər. Bu da Kremlin planıdır ki, bombardmanların müsbət nəticəsi olsun və Rusiyanın gücü görünsün. Maraqlıdır, buna Pentaqonun cavabı nə olacaq? Hazırda Ağ Ev sahibi Barak Obama hələ ki, Suriya məsələsində Putinə uduzur”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO