Mirmahmud Mirəlioğlu ilə bağlı qərar

Mirmahmud Mirəlioğlu ilə bağlı qərar

Hazırda oxunan: Mirmahmud Mirəlioğlu ilə bağlı qərar

99686
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında noyabrın 1-də Milli Məclisə təyin edilmiş seçkilərdə deputatlığa namizədliyini irəli sürmüş Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun müraciətinə baxılıb.

Moderator.az-ın trend-ə istinadən məlumatına görə, M.Mirəlioğlu dairə seçki komissiyasının onun namizədliyini qeydə almaqdan imtina edən qərarı ilə bağlı şikayət edib.

İclasda bildirilib ki, MSK-nın işçi qrupu şikayəti araşdırıb. Araşdırma zamanı məlum olub ki, təqdim edilmiş imzalardan 129-u etibarsızdır. Buna görə də Komissiya DSK-nın M.Mirəlioğlunun namizədliyinin qeydə alınmaması barədə qərarını qüvvədə saxlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO