Göygöldə minik avtomobili mikroavtobusla toqquşdu – XƏSARƏT ALANLAR VAR

Göygöldə minik avtomobili mikroavtobusla toqquşdu – XƏSARƏT ALANLAR VAR

Hazırda oxunan: Göygöldə minik avtomobili mikroavtobusla toqquşdu – XƏSARƏT ALANLAR VAR

98986

Göygöldə iki avtomobilin toqquşması xəsarətlə nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin mərkəzi küçələrindən birində, hərəkətdə olan "VAZ-2106" markalı avtomobillə sərnişin daşıyan "Ford" markalı mikroavtobus toqquşub. 

Qəza zamanı minik avtomobilində olan iki nəfər, 1998-ci il təvəllüdlü E.Əhmədov və E.Məmmədov müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Həkimlərin ilkin tibbi yardımından sonra onların vəziyyətinin stabil olduğu bildirilir. Şahidlərin bildirdiyinə görə, qəza baş verən zaman “Ford” markalı mikroavtobusda sərnişin olmayıb. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO