Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, rus hərbçilər Dağlıq Qarabağ zonasında atəşkəsə və bütün döyüş əməliyyatlarına nəzarət etmək üçün ortaq Rusiya-Türkiyə mərkəzində işləməyə hazırlaşırlar.
MÖVZU İLƏ BAĞLI:
Türk hərbçilər Azərbaycana gəldi
Qarabağda Rusiya-Türkiyə Monitorinq Mərkəzi ən qısa zamanda fəaliyyətə başlayacaq - HAZIRLIQ GEDİR
Mərkəzin tərkibinə daxil olacaq rus hərbçilərinin atəşkəs rejiminin monitorinqi tapşırıqlarını birgə icra etmələri üçün təlim keçdikləri və Azərbaycan ərazisinə getməyə hazırlaşdıqları vurğulanıb.
Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin strukturunu, məqsədini, vəzifələrini və funksiyalarını, işinin təşkili qaydasını, eyni zamanda ərazilərində tapşırıqları yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər.
Birgə Mərkəzin heyəti vəziyyətə nəzarət və atəşkəsin monitorinqini pilotsuz uçuş vasitələrindən istifadə etməklə yerinə yetirəcək.
Bizim.Media