Ağ Şəhərdə tikiləcək metro stansiyasının planı hazırlanıb...

Ağ Şəhərdə tikiləcək metro stansiyasının planı hazırlanıb...

Hazırda oxunan: Ağ Şəhərdə tikiləcək metro stansiyasının planı hazırlanıb...

9755

“Konseptual inkişaf sxeminə əsasən Ağ Şəhərdə nəzərdə tutulan metro stansiyası yaşıl xəttin stansiyalarından biri və “Xətai”dən sonrakı stansiya olacaq”.

Bunu Bizim.Media-ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirdi. 

 

MÖVZU İLƏ BAĞLI:

Bakı metrosu nə zaman fəaliyyətə başlayır? - Açıqlandı

“Metropolitendə ixtisarlar aparılmayıb, maaşlar da verilir” – AÇIQLAMA


O, qeyd etdi ki, “Bakı Metropoliteni”nin konseptual inkişaf sxemi 2011-ci ildə təsdiqlənib.

Sxemə uyğun olaraq Ağ Şəhər ərazisində nəzərdə tutulan stansiya yaşıl xətt üzərində yerləşəcək:

“Həmin yaşıl xətt isə, gələcəkdə dairəvi xətt olacaq”

Adların verilməsi Nazirlər Kabinetinin səlahiyyətində olduğundan mətbuat katibi stansiyanın necə adlandırılacağı ilə bağlı bir söz demədi. 

“Yeni metrostansiyanın tikintisinə nə zaman start veriləcək?”- sualımıza isə, B. Məmmədov cavab verdi ki, bu barədə hələ hansısa fikir söyləyə bilməz.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO