Dövlət qulluğu vəzifələri üzrə test imtahanı ilə bağlı VACİB XƏBƏR  

Dövlət qulluğu vəzifələri üzrə test imtahanı ilə bağlı VACİB XƏBƏR  

Hazırda oxunan: Dövlət qulluğu vəzifələri üzrə test imtahanı ilə bağlı VACİB XƏBƏR  
95827
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə oktyabrın 16-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Bizim.Media-ya bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat oktyabrın 6-sı saat 11:00-dək aparılacaq.

İmtahan Bakı şəhərində keçiriləcək. İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək buraxılış vərəqəsində qeyd olunacaq.
Bu gün saat 13:55-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 556 (BA - 141, BB - 414) nəfər qeydiyyatdan keçib.

Xatırladaq ki, imtahan vermək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır.

İmtahanlarda iştirak üçün ödəniş tarifləri və ödəniş üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO