
- A-
- A
- A+
Qubada 6 kəndin yolu bərpa olunur - FOTO
Quba rayonunda uzun illərdir təmirsiz, bərbad, çala-cuxurlu yoldan istifadə edən Tüləkəran İnzibati Ərazi Dairəsinin əhatə etdiyi və 5436 sakinin yaşadığı 6 kəndin əhalisinin abad yol arzusu reallaşmağa başlayıb.
Bizim.Media xəbər verir ki, bir neçə gündür ki, Tüləkəran İnzibati Ərazi Dairəsinin Gültəpə, Möhüc, Tülər, YuxarıTüləkəran, Aşağı Tüləkəran, Yenikənd kəndlərinin sakinlərini hədsiz sevincinə səbəb olnn yolların bərpasına start verilib.
Argıq Gültəpə kəndindən başlayaraq yolun qaydaya salınmasına başlanılıb.
Kənddə səyyar qəbulda sakinlərin yolun təmir edilməsi təklifinə müsbət reaksiya verən Quba RİH başçısı Ziyəddin Əliyev bu gün yolun bərpası ilə tanış olmaq üçün əraziyə gəlib, sakinlərlə görüşüb, tapşırıqlarını verib.
Ziyəddin Əliyev bərpa işlərinin təxminən 20 km məsafəni əhatə edəcəyini, yolların asfaltlanacağını deyib.
Rayon rəhbəri Tüləkəran İnzibati Ərazi Dairəsində köhnə elektrik xətlərinin yeniləndiyini və kəndlərə internet çəkildiyini də diqqətə çatdırıb.
Daha sonra başçı Yuxarı Tüləkəran kəndində bu gün 20 yaşı tamam olan şəhid Müşfiq Nəsirovun ailəsində olub.
Valideynlərinə bir daha səbr arzulayan rayon rəhbəri şəhid Müşfiqin xatirə bulağını da ziyarət edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































