Azərbaycanda nə qədər ərazi yanıb? – Peyk təsvirlərinin ANALİZİ 

Azərbaycanda nə qədər ərazi yanıb? – Peyk təsvirlərinin ANALİZİ 

Hazırda oxunan: Azərbaycanda nə qədər ərazi yanıb? – Peyk təsvirlərinin ANALİZİ 

90521

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi Azərkosmos "Azersky peyki vasitəsilə ölkə ərazisində, xüsusən də şimal və şimal-qərb regionlarında 2022-ci ilin avqust ayında baş vermiş yanğınların gündəlik monitorinqini aparıb. 

BizimMedia xəbər verir ki, "Azersky" peykindən əldə olunmuş təsvirlər vasitəsilə yanğınların baş verdiyi əraziləri aydın şəkildə izləmək mümkün olub.
 

MÖVZU İLƏ BAĞLI:

Ölkədə 6 yanğının qəsdən törədildiyi aşkarlandı - RƏSMİ


​​​​​​​Təsvirlərin analizi əsasında yanğının yayıldığı ərazilər müəyyən edilib, həmin ərazilerin meşə, kolluq, otlaq və əkin sahələri üzrə təsnifatı aparılıb, ümumi sahəsi hesablanıb.

Təhlilin neticələri göstərir ki, bu ilin avqust ayında Şabranda 3711 hektar, Siyəzəndə 800 hektar, Qubada 555 hektar, Şamaxıda 164 hektar, Xaçmazda 71 hektar, Şəkidə 6 hektar və Qəbələdə 4 hektar olmaqla ümumilikdə 5311 hektar ərazidə yanğın baş verib. Yanmış ərazinin təxminən 30%-1, yəni 1670 hektarı meşə sahəsinin payına düşür.

"Azersky" peyki ölkə ərazisinin gündəlik monitorinqini həyata keçirir və bu, yanğınların təkcə fəsadlarını deyil, həm də dinamikasını izləməyə imkan verir.

Peyk təsvirlərinin analizi əsasında bitki örtüyünün vəziyyəti barədə dəqiq məlumatlar əldə olunur, yanğın baş vermiş ərazilərdə ağacların çətirlərinin yanıb-yanmaması müəyyən edilir. Peyk təsvirlərindən yanğın nəticəsində maddi və ekoloji cəhətdən dəymiş zərərin qiymətləndirilməsində də istifadə oluna bilər.
Qeyd edək ki, "Azersky" peykinin resurslarından ölkəmizdə müxtəlif sahələrdə - kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, fövqəladə hallar, hasilat sənayesi, meliorasiya, su təsərrüfatı, nəqliyyat və yol infrastrukturu, turizm, xəritəçəkmə, şəhərsalma, dövlet əmlakının idarə olunması ve kadastr işlərində istifadə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO