Ölkədə 6 yanğının qəsdən törədildiyi aşkarlandı - RƏSMİ

Ölkədə 6 yanğının qəsdən törədildiyi aşkarlandı - RƏSMİ

Hazırda oxunan: Ölkədə 6 yanğının qəsdən törədildiyi aşkarlandı - RƏSMİ

90395

"Qəsdən yanğın hadisəsi törədən şəxslərə qarşı ciddi mübarizə aparılır".

Bizim.Media xəbər verir ki, bunu Trend.az-a Dövlət Yanğın Nəzarəti Xidmətinin, dövlət yanğın nəzarəti işinin təşkili şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev deyib.

Onun sözlərinə görə, 2022-ci ilin ötən dövrü ərzində aparılmış məqsədyönlü araşdırmalar zamanı 6 ünvanda ərazilərin qəsdən yandırılması faktları aşkar edilib.

"Bu ərazilər, həyətyanı və açıq sahələrə, meşəətrafı yaşayış məntəqələrinin ərazilərinə və əkin sahələrinə təsadüf edib. Bildirmək istəyirəm ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəhbərliyinin xüsusi tapşırığı əsasında Xidmətin əməkdaşları tərəfindən miqyasından asılı olmayaraq baş vermiş bütün yanğın hadislərinin səbəblərinin araşdırılması, günahkar şəxslərin müəyyən edilməsi istiqamətində qətiyyətli addımlar atılır. Qəsdən yanğın hadisəsi törədən şəxslərə qarşı ciddi müabarizə aparılır. Onlar barəsində kəskin tədbirlər görülür".

Şöbə rəisi bildirib ki, vətəndaşlara müxtəlif məqsədlərlə açıq sahələrin, həyətyanı ərazilərin, əkin sahələrinin, meşələrin qəsdən yandırılması hallarına son verilməsi və ətraf mühitin yanğından qorunması üçün yanğın təhlükəsizliyi qaydalarına riayət etmələri üçün çağırış edirik.

"Əks təqdirdə onlar barəsində təxirəsalınmaz hüquqi tədbirlər görüləcək. Yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması İnzibati Xətalar və Cinayət məcəllələrinin müvafiq maddələrinə əsasən inzibati və cinayət məsuliyyəti yaradır", - deyə C.Xudiyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO