“Bakı Metropoliteni” QSC-nin tikintisi yekunlaşan, şərti adı “Xocəsən” olan stansiyasına rəis təyin edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı səhmdar cəmiyyətinin rəisi Zaur Hüseynov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifə Seyfulla Vəliyevə həvalə olunub.
O, bundan əvvəl “Nəriman Nərimanov” metrostansiyasının rəisi olub. S.Vəliyevin yerinə isə təyinat olmayıb və burada rəis vəzifəsinin icrası müvəqqəti olaraq rəis müavininə tapşırılıb.
Qeyd edək ki, “Xocəsən” stansiyası metronun 3 xəttindən biri olan “Bənövşəyi” xəttə aiddir və bu xətdə olan sayca 4-cü stansiyadır. Bununla da metro stansiyalarının sayı 27-yə çatdırılır ki, hazırda onların 26-da sərnişin qəbulu həyata keçirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:45 / 25.08.2022
“Xocəsən” metrostansiyasına rəis təyin edildi
Hazırda oxunan: “Xocəsən” metrostansiyasına rəis təyin edildi
Hazırda oxunan: “Xocəsən” metrostansiyasına rəis təyin edildi
90408
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.