Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hospitalında Olymrus 190-eksera aparatı vasitəsi ilə, 3D texnologiyası əsasında xüsusi eynək və alətlərdən istifadə etməklə regionda ilk dəfə sterotoksik laparoskopik əməliyyat ”“ öd kisəsinin çıxarılması uğurla həyata keçirilib.
DSX-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 3D texnologiyasının hərbi hospitalda tətbiqi ölkəmizin dünyanın qabaqcıl dövlətlərinin səhiyyə müəssisələri ilə uğurlu əməkdaşlığının nəticəsidir.
Qeyd edək ki, 2008- ci ilin iyun ayında bu klinikada Azərbaycanda ilk dəfə olaraq laparoliftinq üsulu ilə laparoskopik xolesistektomiya əməliyyatı, 2013- cü ilin yanvar ayında isə tək kəsikdən laparoskopik öd kisəsinin çıxarılması əməliyyatı icra olunub.







































































































