Azərbaycan Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında”x9d 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup dövlət qulluqçularına fəxri ad, orden və medallar verilib.
Moderator.az xəbər verir ki, onların arasında Gəncə şəhər İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə humanitar şöbəsinin baş məsləhətçisi Məmmədov Həsən Surxay oğlu da var. O, dövlət qulluğunda səmərəli fəaliyyətinə, uzun müddət şəhərin ictimai-siyasi həyatında fəal iştirakına görə prezidentin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə”x9d medalı ilə təltif edilib. Ölkə başçısının digər Sərəncamı ilə- Milli Mətbuatımızın 140 illiyi ilə bağlı kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Sərəncamla “Ðx9dовоÑx81ти ГÑx8fнджи”x9d qəzetinin baş redaktoru Kalaşnikova İrina Vladimirova “Tərəqqi”x9d medalına layiq görülüb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev I yarımilliyin yekunlarına görə keçirilən hesabat yığıncağında Həsən Məmmədova və İrina Kalaşnikovaya mükafatları təqdim edərək, onları təbrik edib, daha böyük uğurlar arzulayıb.




































































































