Lisey və gimnaziyalara SƏNƏD QƏBULU başladı

Lisey və gimnaziyalara SƏNƏD QƏBULU başladı

Hazırda oxunan: Lisey və gimnaziyalara SƏNƏD QƏBULU başladı

86946

Bu gün saat 11:00-dan etibarən mərkəzləşdirilmiş qaydada qəbul prosesi həyata keçirilən lisey və gimnaziyalara sənəd qəbulu başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil İnstitutunun məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, bu mərhələdə lisey seçimi edib qəbul olunan və qəbul olunduğu liseyi təsdiqləyən şagirdlərin sorğusu avtomatik olaraq yaradılacaq.

Qeyd edək ki, sənəd qəbulu 17 avqusta qədər davam edəcək. Valideynlər şəxsi kabinetlərində sorğular bölməsinə daxil olaraq prosesin ardıcıllığını izləyə bilərlər.

4-17 avqust tarixlərində şagirdlərin ötən tədris ilində təhsil aldıqları məktəbdən şəxsi işləri təhvil alınaraq qəbul olduqları ümumtəhsil müəssisəsinə təqdim edilməlidir.

Əks halda, imtahan nəticələri ləğv ediləcək və 2-ci mərhələdə iştirakına icazə verilməyəcək.

Boş qalan yerlərə 2-ci mərhələ vasitəsilə şagird qəbulunun 19 avqust tarixindən sonra həyata keçirilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO