Hər kəsin işinə burnunu soxan DÖRD BÜRC

Hər kəsin işinə burnunu soxan DÖRD BÜRC

Hazırda oxunan: Hər kəsin işinə burnunu soxan DÖRD BÜRC

85766

Sadəcə öz işi ilə məşğul olub, başqalarının işinə qarışmayan insanlara nadir hallarda rast gəlinir. Demək olar ki, hər kəsə başqalarının işi, yaxud da özəl həyatı ilə bağlı nələrsə maraqlı olur. 

Bəzi insanlar da var ki, hər işə burunlarını soxmadan dayana bilmirlər.

Bizim.Media xəbər verir ki, bu cür insanlar aşağıdakı bürclərin nümayəndələridir:

1. Əkizlər

Kimin, harada, nə etdiyini ən incə detalına qədər bilmək istəyən bu bürcün nümayəndələri başqalarının işinə burunlarını soxmasalar rahatlıq tapa bilmirlər. Onların işi qeybətin qoxusunu alıb, onun izinə düşməkdir. Əgər əkizlər maraqlı bir detal yaxalayıblarsa, onu tam şəkildə öyrənmək üçün dəridən-qabıqdan çıxırlar. Çevrələrinin geniş, özlərinin də ünsiyyətcil olduqlarını nəzərə alsaq əkizlərə dedi-qodudan başqa iş qalmır.  

2. Əqrəb

Hər mövzuda iplərin əlində olmasını istəyən əqrəblər buna nail olduqdan sonra insanları manipulyasiya etməyə başlayırlar. Qarşısındakının kim olmasından asılı olmayaraq hər kəsin işinə qarışırlar. İnsanlar nə qədər bəzi şeyləri sirr kimi saxlamağa çalışsalar, əqrəblərin diqqətini bir o qədər özlərinə çəkirlər. Hiyləgər əqrəblərin ən mürəkkəb işləri belə rahatca qavrayıb, siyasətcil davranmaları hansısa olayın onlardan gizli qalmasına imkan vermir.  

3. Oxatan

Sözünün yerini bilməyən, enerjili oxatanların insanların işlərinə burunlarını soxmaqdan ötürü ürəkləri gedir. Onların maraqları əkizlər və əqrəblərdən fərqli olaraq tamamən saflıqlarıyla bağlıdır. O sadəcə harda nə edəcəyini bilmir, hər kəs xoşbəxt olsun deyə çalışır. Ağlına gələni insanların üzünə deyən oxatanlar insanların qırmızı xətlərini bilməz, buna görə sərhədi aşdıqlarının fərqinə belə varmazlar. Buna görə də özlərini tez-tez dram hekayəsinin içərisində tapırlar.

4. Qoç

Bu bürcün nümayəndələri işləri öz bildikləri kimi görmək istəyən insanlardır. Onlar bu həvəslərini başqalarına da yoluxdurmağa çalışırlar. Elə başlarına nə gəlirsə, bundan gəlir. Qoçlar hər kəsə nəyi, necə etmək barəsində məsləhət vermədən dayana bilmirlər. Konfliktlərdən narahat olmayan qoç sözü açıq deməkdən də çəkinmirlər. Bu da onların başqalarının işinə burunlarını soxması ilə nəticələnir.

Bizim.Media    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO