ICESCO missiyası Azərbaycana gəlir - Qarabağda dağıntılar qiymətləndiriləcək 

ICESCO missiyası Azərbaycana gəlir - Qarabağda dağıntılar qiymətləndiriləcək 

Hazırda oxunan: ICESCO missiyası Azərbaycana gəlir - Qarabağda dağıntılar qiymətləndiriləcək 

8497

"ICESCO-nun texniki missiyası tezliklə Azərbaycana səfər edəcək. Fevral ayının sonuna kimi texniki missiyanın işğaldan azad olunmuş bölgələrə gəlişi baş tutacaq".

Bizim.Media-nın məlumatına görə, bunu ADA Universitetində keçirilən mətbuat konfransında İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib.

Baş direktorun sözlərinə görə, missiya işğaldan olunmuş ərazilərdəki dağıntılarla bağlı hesabat hazırlayacaq:

“Texniki missiyanın hesabatı işğaldan olunmuş ərazilərdəki dağıntılarla bağlı ən doğru qiymətləndirməni verəcək".

O bildirib ki, ICESCO nümayəndə heyəti qayıtdıqdan sonra komanda təşkil ediləcək:

"Komandada üzv ölkələrlə yanaşı, üzv olmayan dövlətlər də yer alacaq. Növbəti həftənin sonunda biz səfərin hesabatı ilə bağlı ekspertləri təyin edəcəyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO