Laçında su elektrik stansiyası yenidən qurulur - VİDEO

Laçında su elektrik stansiyası yenidən qurulur - VİDEO

Hazırda oxunan: Laçında su elektrik stansiyası yenidən qurulur - VİDEO
8438
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərenerji” Prezident İlham Əliyevin işğaldan azad olunan torpaqların yaşıl enerji zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu məqsədlərə çatmaq üçün işləri davam etdirir.

Bizim.Media xəbər verir ki, neçə müddətdir ki, Laçın rayonu ərazisində yerləşən, 8 meqavatt gücündə “Güləbird” Kiçik Su Elektrik Stansiyasında təmir-bərpa işləri aparılır və işlərin bitməsinə az müddət qalıb.

Döyüşlər zamanı ziyan dəymiş avadanlıqlar - stansiyanın maşın zalları, aqreqatları, generatorları, idarəetmə panelləri, transformatorları yenisi ilə əvəzlənir və ya təmir edilir.

Eyni zamanda Həkəri çayından gələn suyu hidroaqreqatlara ötürən və döyüşlər zamanı partlayaraq darmadağın olan boru da yenidən çəkilir.

Növbəlilik əsasında aparılan sürətli işlər nəticəsində “Güləbird” Kiçik Su Elektrik Stansiyasının yaxın müddətdə istismara verilməsi planlaşdırılıb.

Bunun üçün işə xüsusi briqdalar, podratçı təşkilatlar və mütəxəssislər cəlb edilib.

İlkin olaraq “Güləbird” Kiçik Su Elektrik Stansiyasındakı generatorun 10 kV-luq tərəfindən çıxan gərginlik Laçın və Qubadlıdakı yaxın ərazilərdəki hərbi hissələrə, gələcəkdə isə yüksək gərginlik xətt vasitəsilə Qubadlıda tikiləcək yeni 110 kV-luq yarımstansiyaya ötürüləcək.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO