3 saylı Uşaq evində DƏHŞƏT – Yara tökən azyaşlı niyə həkimə APARILMIR? - VİDEO

Hazırda oxunan: 3 saylı Uşaq evində DƏHŞƏT – Yara tökən azyaşlı niyə həkimə APARILMIR? - VİDEO

83989

Xətai rayonu 3 saylı Uşaq evində dəhşətli faktlar ortaya çıxıb. İddia olunur ki, Uşaq Evində böyüyən uşaqlar müəllimləri tərəfindən incidilir, döyülür, onlara etinasız və qeyri-rəftari münasibət sərgilənir.

Həmçinin müəssisəyə dövlət tərəfindən təmin olunan ərzaq uşaqlara verilmir. Hətta Qurban bayramında Uşaq evinə imkanlı şəxslər tərəfindən gətirilən qurbanlılqar Uşaq evinin rəhbəri Məhbubə Hüseynovanın sürücüsü tərəfindən evinə daşınır.

Bu iddialarla Bizim.Media-ya hazırda 3 saylı Uşaq evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva çıxış edib. Onun sözlərinə görə uşaqlara qarşı olunan haqsızlıqlara artıq göz yuma bilmədiyi üçün məsələnin ictimailəşməsinə qərar verib.

Gülcan Nağıyeva iddiaları ilə bağlı Bizim.Media-ya görüntülər təqdim edib. 

Həmin görüntülərdən birində 6 yaşlı Muradın (şərti adı)  qızdırma içində bədəninin bütün nahiyəsində yara tökdüyü əks olunur. Görüntüləri lentə alan Gülcan Nağıyevanın bildirdiyinə görə gecə növbəsində çalışdığı üçün uşağın nə vaxt səpdiyindən xəbəri olmayıb.
İyulun 13-də işə gələndə Muradın ağır durumda olduğunu görüb və tibb bacısına yaxınlaşmaq istəyib. Amma Uşaq evində nə həkim, nə də tibb bacısı tapa bilib. 

Muradın hələ də həkim nəzarətinə götürülmədiyindən gileylənən Gülcan Nağıyeva onun digər uşaqlarla təmasda olmasından narahatlığını ifadə edib:

“Bilirsiz ki, indi təhlükəli vəziyyətdir. Virusların təmasdan birbaşa yayıldığı vaxtda Muradın hələ də kollektivdən təcrid olunmaması, həkim müayinəsindən keçməməsi düzgün deyil. Bu qədər etinasız münasibət olar? O uşaqlara ürəyim ağrıyır. Özüm də həmin uşaq evində böyümüşəm. Nələr çəkdiklərini bilirəm. Fürsət düşdükcə hamısına analıq edirəm. 4 gündür Murad səpib, qızdırması var, amma uşaqla maraqlanan yoxdur. Məhbubə Hüseynova dəfələrlə tənbeh olunub, hətta bir dəfə 1500 manat məbləğində cərimələnib. Amma özünə gəlmir. 72 yaşı var, hələ də öz maraqlarına xidmət edir”, deyə Gülcan Nağıyeva əlavə edib. 

Məsələ ilə bağlı Məhbubə Hüseynova ilə də əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında barəsində deyilənlərin əsassız olduğunu deyib:

“Respublikada bu dəqiqə suçiçəyi yayılıb. Şəxsən mənim öz uşaqlarım da suçiçəyinə yoluxub. Necə oldu ki, “detdom”da bütün uşaqlar suçiçəyi oldu, bir dənə o uşağa baxmadıq? Uşaqların heç birində ləkə də qalmayıb.

Ölkə bu gün bu gündədir. Uşaq evində 3 tibb işçisi və bir həkim var. Qızdırması olana hərarət dərmanı verilir, səpintilərə isə krem çəkilir”, deyə Uşaq evinin rəhbəri qeyd edib.
Qeyd edək ki, Gülcan Nağıyeva 3 saylı Uşaq evinin rəhbəri Məhbubə Hüseynovanın sürücüsü tərəfindən qurbanlıq ətlərin müəssisədən avtomobilinəə daşınmasını əks etsirən görüntülər təqdim edib. Bununla bağlı görüntüləri növbəti sayımızda təqdim edəcəyik.

İndi isə bəhs etdiyimiz Muradla bağlı görüntünü oxucularımıza təqdim edirik. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO