Qubada itkin düşən gəncin cəsədi Samur-Abşeron kanalında aşkarlandı - ÖZƏL

Qubada itkin düşən gəncin cəsədi Samur-Abşeron kanalında aşkarlandı - ÖZƏL

Hazırda oxunan: Qubada itkin düşən gəncin cəsədi Samur-Abşeron kanalında aşkarlandı - ÖZƏL

83003

Qubada itkin düşdüyü deyilən 18 yaşlı Hicran Dadaşov Samur-Abşeron kanalına düşüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, onun meyiti Samur-Abşeron kanalının rayonun Gədikqışlaq kəndi ərazisində sudan çıxarılıb.

Onun hansı şəraitdə kanala düşdüyü məlum deyil.

Hicran Dadaşovun Azərbaycan Dövlət Neft Akademiyasının ikinci kurs tələbəsi olduğu deyilir.

***

Quba rayonunda 18 yaşlı gənc itkin düşüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, itkin düşən gənc rayonun Paşaoba kənd sakini Hicran Dadaşovdur.

O, iyulun 8-də səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb. Hazırda sözügedən şəxsin axtarışları davam etdirilir.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO