Bakı metrosunda qatarda tüstülənmə olub

Bakı metrosunda qatarda tüstülənmə olub

Hazırda oxunan: Bakı metrosunda qatarda tüstülənmə olub

82403

"İçərişəhər-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında ikən vaqonda sərnişinlərdən birinin elektron cihazı tüstülənib. 

Bizim.Media xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. 

"Sərnişinlər qatardan dərhal düşürülüb. Qatar maşinisti və polis əməkdaşı vaqona baxış keçiriblər. Vaqonda hər hansı bir problem olmayıb. Tüstüləmə yüngül olduğundan baxış müddətində sovrulub və sərnişinlər həmin qatarla yola salınıblar. Nəticədə, 3 dəqiqəlik yubanma olub. 

Bütün sərnişinlərdən rica edirik, metropolitenin xüsusiyyətləri nəzərə alınaraq, saz vəziyyətdə olmayan mobil cihazlardan istifadə etməsinlər və ümumən metropolitendə elektron cihazlardan istifadə edərkən ehtiyatlı davransınlar", - deyə o, qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO