Göygöldə Milli Yaylaq Festivalı keçiriləcək – II dəfə 

Göygöldə Milli Yaylaq Festivalı keçiriləcək – II dəfə 

Hazırda oxunan: Göygöldə Milli Yaylaq Festivalı keçiriləcək – II dəfə 
81874
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 29-31-də Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında 2-ci Milli Yaylaq Festivalı keçiriləcək. 

Bizim.Media bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir. 

Məlumata görə, tədbir “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, KOBİA və digər tərəfdaş qurumların dəstəyi ilə təşkil olunacaq.

Festivalda mikro və kiçik sahibkarlıq subyektləri, eləcə də yaradıcı şəxslər öz məhsullarını təqdim edə biləcək. Bu məqsədlə festival ərazisində "Sənətkarlıq məhəlləsi" yaradılacaq.
Burada müxtəlif əl işləri, rəsm əsərləri, hədiyyələr, suvenirlər, zərgərlik məmulatları, tekstil məhsulları, oyuncaqlar və s. nümayiş olunacaq. 

Festivalda məhsullarını sərgiləmək və satmaq istəyən mikro və kiçik sahibkarlıq subyektləri, yaradıcı şəxslər və sənətkarlar elektron formanı doldurmaqla Agentliyə müraciət edə bilərlər: //smb.gov.az/az/contact-form/exhibition-form/1 

Son müraciət tarixi 14 iyul 2022-ci ildir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO