Qaraçı aiqbəti...

Qaraçı aiqbəti...

Hazırda oxunan: Qaraçı aiqbəti...

81761
Roman tayfalarından olan qaraçıların həyat tərzi--sosial problemlər, infeksiya  mənbəyi  və həllini gözləyən problemlər...

Qədim dünya tarixində xalqların mədəniyyətindən və qurduğu ölkələrdən bəhs ediləndə qaraçılar haqqında heç bir məlumat verilimir. İctimai fəaiyyətdən-və-siyasətdən tamamilə uzaq olan bu xalqın tarixin heç bir vaxtında yaratdığı dövlət olmayıb. Hətta,ən çox yaşadıqları ölkədə belə qaraçıların birliyini göstərən kiçicik bir təşkilata da rast gəlinmir. Getdiyi ölkələrdə belə qeydiyyata düşməyən qaraçılar özlərinin çox sərbəst aparır və sanki ata öz yurdarında yaşayırlar. Ümumiyyətlə, qaraçı adı gələndə insanın ağlına siyasətdən, mədəniyyətdən çox yalnız onlara məxsus olan şeylər-milli qaraçı adət-ənənələri və fərqli həyat tərzi yada düşür. Bir sözlə,onlara dünyanın hər yerində rast gəlmək  mümkündür. Qaraçılar demək olar ki, bütün qitə və materiklərdə yaşayırlar. Təkcə Avropa qaraçılarının sayı 8-12 milyon civarındadır.
Söz yox ki, dünyanın hər yerinə yayılan bu xalq Azərbaycanda da məskən salıb. Onların Azərbaycan ərazisinə gəlişinin I Şah Abbasın dövründə olması iddia edilsə də, rəsmi mənbələrdə qaraçı köçünün ölkəmizə gəlməsi 1950-1960-cı illərdə olduğu göstərilir. Qaraçılar Azərbayacana Qazaxıstandan gəliblər. Ölkəmizdə  yaşayan bu xalqın başqa ölkədə yaşayan qaraçılardan fərqi onların ölkəmizdə artıq oturaq həyat sürmələrindən ibarətdir.Ancaq bu yazıda bizim toxunacağımız əsas məsələ onların sürətlə inkişaf etməkdə olan Azərbaycan cəmiyyətinə inteqrasiya etməməsidir.Özlərinəxas bəzi milli adət və ənənələrdən irəli gələrək davamlı əməyə qatlaşmayan bu xalq ağır həyat tərzi sürür.Və demək olar ki,həm uşaqların,həm də qadınların məcburi əməyə cəlb edilməsi ilə diqqət çəkirlər.Azərbaycanda roman tayfalarından olan bu etnik xalqın daha çox kompakt yaşadıqları rayonlar sırasında ilk yeri Yevlax tutur.Bundan başqa qaraçılar Ağdaş,Bərdə,Balakən,Mingəçevir və Gəncdə də məskunlaşıblar.Onların həyat tərzi ilə yaxından maraqlanan və adıçəkilən ərazilərdə monitorinq aparan “Təmas”x9dİctimai Birliyi maraqlı və diqqətçəkən  faktlar aşkarlayıb.Təşkilatın sədri  Südabə Məmmədovanın sözlərinə görə,xüsusi ilə Yevlax  və Bərdə yaşayan qaraçıların bəzi ciddi problemləri var.Özlərini az qala cəmiyyətdən təcrid edən bu  insanların sosial sıxıntıları olsa da,özlərinin günahı ucbatından yaranan çətinlikləri daha  çoxdur.Belə ki,onların yaşadıqları məhəllədə və evlərdə anti-sanitar vəziyyət hökm sürür.Demək olar ki,heç bir gigiyenik qaydalara əməl etməyən əksər ailələrin uşaqları infeksion xəstəliklərin bir addımlığındadı.Hətta,bu qəbildən olan xəstəliklərə yoluxanların da sayı az deyil.Bir sözlə,bunlar həkim  müayinəsindən nadir  hallarda keçirlər.Ancaq digər yerlərdə yaşayanlardan fərqli olaraq,Mingəçevirdəki etniklər sahə həkimləri  tərəfindən yoxlanılır  və uşaqların peyvəndləri vaxtında vurulur.Kişilər və gənc oğlanlar faktiki olaraq rəsmi qaydada heç bir əmək fəaliyyəti ilə məşğul olmurlar.Ən ciddi problem isə bir çoxlarının sənədlərinin olmamasıdır.Xüsusən də uşaqların.Nədənsə bu insanların özləri belə doğum  şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinin alınmasına maraq göstərmirlər. Təmas”x9dİctimai Birliyinin  sədri onu da bildirdi ki,Beynəlxalq  Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə artıq 26 nəfərin sənədlərinin düzlədilməsi məqsədiilə monitoriq aparılan rayonların hüquq-mühafizə orqanlarına və Ədliyyə nazirliyinə müraciət edilib.Müraciətə dərhal reaksiya verilib  və sənədlərin verilməsi ilə bağlı müvafiq addımlar atılıb.
 Sonda onu da vurğulayaq ki,bu insanlara lazımı diqqətin  ayrılması,onların maarifləndirilməsi  və cəmiyyətimizə inteqrasiya olunmasını təmin etmək olduqca vacibdir.Əks halda bunlar potensial insan alveri qurbanı kimi təhlükənin  bir addımlığındadı.

Şahin Qurbanzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO