Tovuzda ağır qəzada ölənlərin kimliyi məlum oldu - YENİLƏNİB

Tovuzda ağır qəzada ölənlərin kimliyi məlum oldu - YENİLƏNİB

Hazırda oxunan: Tovuzda ağır qəzada ölənlərin kimliyi məlum oldu - YENİLƏNİB

81491

Tovuz rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların şəxsiyyəti müəyyənləşib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Aşağı Quşçu kəndində "VAZ-2106" markalı iki avtomobilin toqquşması nəticəsində, 1997-ci il təvəllüdlü Hümbətov Həzirətabbas Yaşar oğlu və 2005-ci il təvəllüdlü Atayev Aykut Sahib oğlu hadisə yerində dünyasını dəyişib.

 Daha 3 nəfər - 2009-cu il təvəllüdlü Hüseynov Uğur Rafiq oğlu, 2001-ci il təvəllüdlü Elşən Quliyev və 2002-ci il təvəllüdlü Nurlan Abbasov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. 

Qeyd edək ki, xəsarət alanların vəziyyəti orta-ağır və ağır qiymətləndirilir. Faktla bağlı araşdırmalara başlanılıb. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

***

Tovuz rayonunda ağır yol qəzası baş verib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Bildirilir ki, iyunun 28-də saat 1 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində kənd sakini N.Abbasovun idarə etdiyi “VAZ-2106” və Qovlar şəhər sakini Həzrətabbas Hümbətovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Nəticədə H.Hümbətov və sərnişini Aykut Atayev hadisə yerində ölüb, digər sürücü və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. 

Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO