Valideynlik hüququndan məhrum olunanları sonra hansı cəza gözləyir? – HÜQUQİ İZAH 

Valideynlik hüququndan məhrum olunanları sonra hansı cəza gözləyir? – HÜQUQİ İZAH 

Hazırda oxunan: Valideynlik hüququndan məhrum olunanları sonra hansı cəza gözləyir? – HÜQUQİ İZAH 

81338

Valideynlər istər birgə nikah, istərsə də nikah bitəndən sonra uşaqları himayə etməyə, onların maddi və mənəvi ehtiyaclarını qarşılamağa borcludurlar. Lakin bəzi hallarda tərəflərin biri bu məsuliyyətdən yayınmağa çalışır. Tərəflər arasında yaranan çəkişmələr sonda böyük problemlərə səbəb olur. Hətta valideynlik hüququdan məhrum edilmə kimi... 

Görəsən, alimentin ödənilməməsi atalıqdan məhrum etmək üçün əsas ola bilərmi?

Vəkillər Kollegiyasının üzvü Ruslan Vəliyev mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verib.

Onun sözlərinə görə, alimentin ödənilməməsi qanunvericiliklə bir sıra cəza tədbirlərinə səbəb olur ki, onlardan biri də valideynlik hüququndan məhrum etməkdir: 

“Həm Azərbaycan qanunvericiliyində, həm də beynəlxalq qanunvericilikdə uşaqlarla bağlı olan bütün qanunlar ən üstün hesab olunur. Hətta uşaq hüquqları və valideyn hüquqları arasında hansısa bir ziddiyyət yaranarsa, uşaq hüquqları daha üstün sayılır. Bu həmçinin valideynlərin aliment hüququndan yayınmalarının da qarşısını alır. Bu səbəbdən də hər bir valideyn qanunvericiliklə nəzərdə tutulmuş qaydada alimenti ödəməlidir. Əgər məhkəmə qərarına zidd olaraq, alimenti bilərəkdən ödəmirsə, bu halda cinayət və inzibati məsuliyyətə cəlb oluna bilərlər.
 

Ümumiyyətlə himayəsində uşaq olan valideynin haqqı var ki, qarşı tərəfi valideynlik hüququndan məhrum etsin. Bu halda Ailə məcəlləsinin 64-cü maddəsinə əsasən, məsələ ilə bağlı məhkəməyə müraciət oluna bilər.


Sözügedən maddədə qeyd olunduğu kimi şəxsin qəsdlə övladına aliment verməkdən yayınması, valideynlik hüququndan məhrum etmək üçün əsaslardan biridir”.

Vəkil həmçinin bildirib ki, valideynlik hüququndan məhrum edilmiş ata, bu, o demək deyil ki, o alimenti ödəməyəcək:

“Sadəcə övladı ilə bağlı gələcəkdəki hüquqlarını itirəcək. Belə ki, övladın varisi ola bilməz və yetkinlik yaşına çatdıqdan sonra köməksiz halda qalarkən ondan aliment tələb edə bilməz. Bəli, övladlar da valideynlərə aliment verə bilirlər. Ailə Məcəlləsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan, əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Bu barədə saziş yoxdursa, məhkəmə tərəfindən sabit pul məbləği təyin edilir”, - deyə R. Vəliyev açıqlamasında qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO