MEDİA-da Avropa Şurasının məruzəçilər qrupu ilə görüş keçirildi

MEDİA-da Avropa Şurasının məruzəçilər qrupu ilə görüş keçirildi

Hazırda oxunan: MEDİA-da Avropa Şurasının məruzəçilər qrupu ilə görüş keçirildi

79597

Bu gün Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun (GR-DEM) sədri, İsveçin Avropa Şurası yanında daimi nümayəndəsi Martin Ehnberqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Agentlikdən Bizim.Media-ya verilən xəbərə görə, Əhməd İsmayılov “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanından irəli gələrək ölkəmizdə media sahəsində həyata keçirilən islahatların mahiyyəti, “Media haqqında” Qanunun məqsədləri, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlər haqqında geniş məlumat verib.

İcraçı direktor qonaqların diqqətinə çatdırıb ki, “Media haqqında” Qanun jurnalistlərin peşəkar fəaliyyətinin maneəsiz və effektiv həyata keçirilməsi, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən yüksək səviyyədə müdafiə edilməsi, medianın fəaliyyətinin stimullaşdırılması, demokratik dəyərlərə hörmətin bir hissəsi kimi düzgün informasiya almaq hüququnun realizəsi, bu yolla ictimaiyyət və media arasında qarşılıqlı etimadın artırılması üçün etibarlı hüquqi baza rolunu oynayır.

Martin Ehnberq və digər qonaqlar Azərbaycanda media sahəsində aparılan islahatlar və “Media haqqında” Qanun barədə ətraflı məlumatın təqdim edilməsinə görə təşəkkürünü bildirib, islahatlarla bağlı fikirlərini bölüşüblər.

Görüşdə bəhs olunan məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO