Moderator.az-ın verdiyi xəbərə görə, “Azərsu”x9d Açıq Səhmdar Cəmiyyəti Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi”x9d çərçivəsində Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlamışdır. Daşkəsən şəhərində tikinti-quraşdırma işlərinə başlanılması münasibəti ilə təməlqoyma mərasimi keçirilmişdir.
Təməlqoyma mərasimində çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev ölkə rəhbərliyi tərəfindən regionların inkişafına böyük diqqət göstərildiyini bildirmişdir: “Möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər Daşkəsəndə böyük inkişaf müşahidə olunur. Yeni yollar, qaz xətləri çəkilir, məktəblər tikilir və təmir olunur. Bu gündən isə su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılır. Bu layihənin həyata keçirilməsi Kiçik Qafqaz sıra dağlarının yüksəkliklərində yerləşən Daşkəsən əhalisinin fasiləsiz, ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunmasına, həmçinin Qoşqar çayına axıdılan çirkab sularının qarşısının alınmasına imkan verəcəkdir”x9d.
“Azərsu”x9d ASC-nin sədri Qorxmaz Hüseynov qeyd etmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur və bu işlər rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələri də əhatə edir: “Ölkə başçısının respublikanın hər bir yaşayış məntəqəsinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Cənab Prezidentin diqqət və qayğısı sayəsində “Azərsu”x9d ASC-nin sifarişi ilə 29, ümumilikdə isə 43 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələri icra olunur. 2015-ci ildə daha bir neçə şəhərdə işlərə başlamağı planlaşdırırıq. Bu gün işlərə başladığımız Daşkəsən şəhərinin böyük turizm potensialı vardır və bu layihə rayonun sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəkdir”x9d.
Daha sonra Daşkəsən şəhərində su anbarının tikintisinə başlanılması ilə layihənin icrasına start verilmişdir.
Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsini 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Daşkəsən şəhərində 16,2 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Bu layihə çərçivəsində gələcəkdə rayonun Alunitdağ və Mədənçilər qəsəbələrinin də içməli su təchizatı yaxşılaşdırılacaq və ümumilikdə 17,8 min sakin bu layihədən faydalanacaqdır.






































































































