Xaçmazda 2 avtomobil toqquşdu: 4 nəfər ağır yaralandı

Xaçmazda 2 avtomobil toqquşdu: 4 nəfər ağır yaralandı

Hazırda oxunan: Xaçmazda 2 avtomobil toqquşdu: 4 nəfər ağır yaralandı

75600

Xaçmazda 4 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, rayonun Nərəcan-Uzunoba kənd yolunda qeydə alınan qəzada "BMW" markalı avtomaşınla "Qazel" markalı avtomaşın toqquşub.

Nəticədə "BMW"də olan  3 nəfər ,"Qazel"də olan  1 nəfər müxtəlif xəsarətlərlə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Xəstəxananın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Rəhimə Şirinovanın məlumatına görə, yaralılara dərhal ilkin yardım göstərilib.

O, xəstəxanaya müraciət edən yaralıların adını da açıqlayıb.

"BMV "markalı avtomaşında Nərəcan kənd sakinləri, 57 yaşlı Sevda Şükür qızı Xəlilova, 50 yaşlı Sevil Mürsəl qızı Xəlilova, 31 yaşlı Əmran Qorxmaz oğlu Məcidov, "Qazel" markalı avtomobildə isə Uzunoba kənd sakini, 29 yaşlı Qədir Abubəkr oğlu Musayev xəsarət alaraq xəstəxanaya gətiriliblər.

Xaçmaz rayon polis şöbəsində faktın araşdırılmasına başlanılıb.

Aytəkin Alxaslı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO