Azərbaycandan 50 tələbə kənd təsərrüfatı sahəsində təcrübə qazanmaq üçün bu ilin sentyabr ayında İsrailə gedəcək.
Bizim.Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakı Ekspo Mərkəzində 15-ci "Caspian Agro" beynəlxalq kənd təsərrüfatı sərgisi və 27-ci "InterFood Azerbaijan" beynəlxalq qida sənayesi sərgisində jurnalistlərə deyib.
O bildirib ki, israilli həmkarı ilə birlikdə həmin tələbələrlə görüşüb.
“Hesab edirəm ki, bizim gənc mütəxəsislərimizin həm İsraildə, həm Türkiyədə və digər ölkələrdə öz təhsillərini davam etmələri və təcrübə qazanmaları aqrar sahənin inkişafına dəstək olacaq”, - deyə nazir bildirib (trend).
Bizim.Media
![50 azərbaycanlı tələbə təcrübə qazanmaq üçün İsrailə gedəcək – NAZİR açıqladı 50 azərbaycanlı tələbə təcrübə qazanmaq üçün İsrailə gedəcək – NAZİR açıqladı](https://bizim.media/file/articles/2022/05/18/1652861137_1-2.jpg)
- A-
- A
- A+
Cəmiyyət
12:03 / 18.05.2022
50 azərbaycanlı tələbə təcrübə qazanmaq üçün İsrailə gedəcək – NAZİR açıqladı
Hazırda oxunan: 50 azərbaycanlı tələbə təcrübə qazanmaq üçün İsrailə gedəcək – NAZİR açıqladı
Hazırda oxunan: 50 azərbaycanlı tələbə təcrübə qazanmaq üçün İsrailə gedəcək – NAZİR açıqladı
74944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.