Cəlilabadda kütləvi dava olub.
Bizim.Media-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, Darlıq kənd sakini 27 yaşlı Aqil Qurban oğlu Hətəmov bir neçə şəxs tərəfindən döyülüb.
Yaralı kəsilmiş və deşilmiş müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
A.Hətəmovun bildirdiyinə görə, ona tanıdığı bir-neçə şəxs tərəfindən küt və iti alətlərlə xəsarət yetirilib.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu