Azərbaycanda 7 ildə narkotiklə bağlı 24 440 nəfər həbs edilib

Azərbaycanda 7 ildə narkotiklə bağlı 24 440 nəfər həbs edilib

Hazırda oxunan: Azərbaycanda 7 ildə narkotiklə bağlı 24 440 nəfər həbs edilib

73645

2015- 2021-ci il ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı 30205 fakt aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.

Qeyd edilib ki, onlardan 9580-i narkotik vasitələrin satışı, 18325-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1857-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 443-ü isə digərləri olub: 

"Bu illər ərzində cinayət məsuliyyətinə 24 440 nəfər cəlb olunub. Onlardan 485 nəfəri qadın, 437 nəfəri xarici ölkə vətəndaşı olub".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO