Cavabsız qalan SORĞULAR – Avtomobil Nəqliyyatı Xidmətinə edilən kiberhücuma nazirlik niyə susur?

Cavabsız qalan SORĞULAR – Avtomobil Nəqliyyatı Xidmətinə edilən kiberhücuma nazirlik niyə susur?

Hazırda oxunan: Cavabsız qalan SORĞULAR – Avtomobil Nəqliyyatı Xidmətinə edilən kiberhücuma nazirlik niyə susur?

70882

Xəbər verdiyimiz kimi iki dövlət qurumunun - İcbari Sığorta Bürosunun, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeçiliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin internet resursları böyük miqyaslı kiberhücuma məruz qalıb.

Həssas məlumatların ələ keçirilməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb və bu məsələdə təhlükəsizlik tədbirlərinin düzgün şəkildə qorunmaması, eləcə də istifadəçilərin fərdi məlumatlarının bu qurumların məsuliyyətsizliyi ucbatından ələ keçirilməsi sərt tənqid edilib.

Məsələ ilə bağlı İcbari Sığorta Agentliyi Bizim.Media-nı sorğusuna cavab olaraq bildirib ki, sistemin təkmilləşdirilməsi ilə əlaqədar mütəmadi tədbirlər həyata keçirilməkdədir və araşdırmalar davam edir.
 

MÖVZU İLƏ BAĞLI:

Avtomobil Nəqliyyatı Xidməti və İcbari Sığorta Bürosuna kiberhücumla bağlı – Biri araşdırır, digəri isə SUSUR


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 3 gün öncə ünvanladığımız sorğudan isə hələlik hər hansı səs-soraq yoxdur.

Milyonlarla fərdi məlumatın xarici xakerlər tərəfindən sistemdən oğurlanması kimi ciddi məsələyə bu cür laqeyd münasibət göstərilməsi narahatlıq doğrumaya bilməz. Ələxsus da, rəqəmsal inkişafın təmin olunması ilə vəzifələndirilən nazirlik tərəfindən bu halın baş verməsi vəziyyətin nə qədər ağır olduğundan xəbər verir.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə kiberhücum - vətəndaşların  məlumatları satışa çıxarıldı - FOTO


Onu da əlavə edək ki, bu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanlanan sorğularla bağlı yaşanan ilk belə hal deyil. Əvvəlki dövrdə də, sorğularımıza münasibət elə bu cür olub.

Nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən məsul olan şəxslər ya məsələni digər qurumların üzərinə atmaqla, ya da mövzu ilə bağlı sorğu göndərilməsinin vacibliyini vurğulamaqla yetiniblər.
 

MÖVZU İLƏ BAĞLI:

İcbari Sığorta Bürosuna kiberhücum - 40 milyondan çox məlumat oğurlanıb - TƏCİLİ - FOTO


Ünvanlanan sorğuların aqibəti isə bizim özümüzə də məlum deyil.

Bu isə informasiya operativliyinin təmin olunmasına zərbə vurmaqla cəmiyyəti maraqlandıran sualların cavabsız qalmasına səbəb olur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO