Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi saxlanıldı

Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi saxlanıldı

Hazırda oxunan: Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi saxlanıldı

70086

Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Göyçay Rayon İcra Hakimiyyətində apardığı yoxlamalar çərçivəsində rayon icra strukturlarında yüksək vəzifə tutan şəxslər dindirilib. Dindirilənlər arasında rayonun "təcrübəli məmur”larından Şükürov Rəşad Əlbala oğlu da olub.

O,  rayon icra hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. İcra hakimiyyətində yol verilmiş bəzi qanun pozuntularında onun da adı hallanıb.

MÖVZU İLƏ BAĞLI:

Göyçay Rayon İcra Hakimiyyətinin daha iki vəzifəlisi DİNDİRİLDİ


Bizim.Media xəbər verir ki, bu gün isə Beynəlxalq Monitorinq Mərkəzi İctimai Birliyinin sədri Taleh Xasməmmədov sosial şəbəkədə Rəşad Şükürovun barəsində tutulma protokolunun hazırlandığını bildirib.

Xatırladaq ki, R.Şükürov uzun müddət rayon icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb və bu dövrdə o, böyük "təcrübə” qazanıb.

Şükürovun böyük "təcrübə”sindən rayona təyin edilən icra başçıları daim faydalanıb. Buna görə də o, həm Mübariz Ağayevin, həm də Mehdi Səlimzadənin dövründə lazımlı kadr kimi istifadə edilib.

Şükürovun tutduğu vəzifə rayonda inzibati ərazi dairələri üzrə nümayəndəliklərdən ən böyüyü və daha mühümüdür.

Bu vəzifənin yaratdığı imkanlara uyğun olaraq şəhər rəhbəri rayon mərkəzində yerləşən bələdiyyələrlə, Göyçay şəhərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, sahibkarlar və digər təşkilatlarla "qarşılıqlı fəaliyyəti” gücləndirib.

MÖVZU İLƏ BAĞLI:

Göyçay icra başçısının "sağ əli" iki gündür dindirilmədədir - Əməlləri bir-bir üzə çıxır


Şükürovun tabeliyində şəhərdəki mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahələri, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlar (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) olub.

O adıçəkilən qurumların fəaliyyətini tənzimləyərək rayon icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələləri "əlaqələndirə” bilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO