Maliyyə nazirinin I müavininin ölümünə səbəb bu xəstəlik olub

Maliyyə nazirinin I müavininin ölümünə səbəb bu xəstəlik olub

Hazırda oxunan: Maliyyə nazirinin I müavininin ölümünə səbəb bu xəstəlik olub

69755

Xəbər verdiyimiz kimi, Maliyyə naziri Samir Şərifovun birinci müavini İlqar Fətizadə vəfat edib. O, uzun sürən xəstəlikdən sonra 66 yaşında vəfat edib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, İlqar Fətizadə xərçəng xəstəliyindən əziyyət çəkirmiş. 
 

MÖVZU İLƏ BAĞLI:

Samir Şərifovun birinci müavini vəfat etdi - FOTO


Qeyd edək ki, İ.Fətizadə 1956-cı ildə anadan olub, 1978-ci ildə o vaxtkı Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutununu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) malliyyə-statistika ixtisası üzrə bitirib. 

Əmək fəaliyyətinə 1980-ci ildə Maliyyə Nazirliyində başlayıb, 12 il ərzində qurumda müxtəlif vəzifələrdə çalışıb. 1999-cu ildən maliyyə nazirinin I müavini vəzifəsinə təyin edilib. 

Ailəli idi. Bir övladı var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO