
- A-
- A
- A+
Samir Şərifovun birinci müavini vəfat etdi - FOTO
Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə bu gecə vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
O, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, İ.Fətizadə 1956-cı ildə anadan olub, 1978-ci ildə o vaxtkı Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutununu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) malliyyə-statistika ixtisası üzrə bitirib.
O, əmək fəaliyyətinə 1980-ci ildə Maliyyə Nazirliyində başlayıb, 12 il ərzində qurumda baş iqtisadçı, şöbə rəisi, Dövlət Orqanlarının Maliyyələşdirilməsi İdarəsinin rəisi, maliyyə nazirinin müavini vəzifələrində çalışıb, 1992-1999-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədrinin I müavini olub, 1999-cu ildən isə maliyyə nazirinin I müavini vəzifəsinə təyin edilib.
Ailəli idi. Bir övladı var.
Bizim.Media

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































