Bakıda tozun miqdarı normadan 10 faiz çoxdur – Daha da artacaq 

Bakıda tozun miqdarı normadan 10 faiz çoxdur – Daha da artacaq 

Hazırda oxunan: Bakıda tozun miqdarı normadan 10 faiz çoxdur – Daha da artacaq 

67486

Peyk görüntülərinə əsasən, bu gün ölkə ərazisinə cənub-qərb istiqamətli hava axınları ilə Afrika səhralarından toz kütlələri daxil olub. 

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib. 

Onun sözlərinə görə, hazırda Bakı şəhərində tozun miqdarının normadan 10 faiz çox olduğu müəyyən edilib: 

"Lakin aprelin 2-3-də tozun konsentrasiyası daha da artacaq. Toz dumanının qısa müddətdə davam edəcəyi və orta çirklənmə səviyyəsinin müşahidə olunacağı gözlənilir”. 

Xidmət rəsmisinin sözlərinə görə, toz dumanı ilə bağlı transsərhəd xarakterli çirklənmə qonşu ölkələrdə də müşahidə edilir. Əsasən də Türkiyə ərazisində 31 mart tarixindən başlayaraq tozla əlaqədar yüksək çirklənmə səviyyəsi izlənilir. 
“Sinoptik vəziyyətlə əlaqədar ölkəmizdə yüksək çirklənmə səviyyəsi proqnozlaşdırılmır” - o qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO