Gəncədə təcili yardım avtomobili QƏZAYA DÜŞDÜ - FOTO

Gəncədə təcili yardım avtomobili QƏZAYA DÜŞDÜ - FOTO

Hazırda oxunan: Gəncədə təcili yardım avtomobili QƏZAYA DÜŞDÜ - FOTO

66836

Gəncədə sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əbülüla Gəncəvi küçəsində qeydə alınıb. Hərəkətdə olan "UAZ "markalı avtomobil idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü 1972 ci il təvəllüdlü Vidadi Süleymanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzaya düşən "UAZ" markalı avtomobil təcili tibbi yardım maşını olub. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO