Narkotik qəbul edib taksi sürən şəxs saxlanıldı - FOTO

Narkotik qəbul edib taksi sürən şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Narkotik qəbul edib taksi sürən şəxs saxlanıldı - FOTO

65187

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin təsiri altında taksi sürücülüyü edən şəxsi saxlayıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayon sakini Rövşən Qasımbəyovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil Quba rayonu ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb.

R.Qasımbəyov həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olduğu təsbit edilib. 

Quba Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO