Məleykə Abbaszadənin DİM-də keçirdiyi son qəbuldan paylaşım – Foto

Məleykə Abbaszadənin DİM-də keçirdiyi son qəbuldan paylaşım – Foto

Hazırda oxunan: Məleykə Abbaszadənin DİM-də keçirdiyi son qəbuldan paylaşım – Foto
648550
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin rektoru təyin olunan Məleykə Abbaszadə sosial şəbəkə hesabında DİM-də keçirdiyi iclasla bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, M.Abbaszadə 2 saat əvvəl etdiyi paylaşımda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyini açıqlayıb.

O bildirib ki, görüşdə DİM-in 2026–2028-ci illər üzrə Rəqəmsal İnkişaf Yol Xəritəsi çərçivəsində görülən işləri və növbəti addımları müzakirə edilib:

“İnformasiya sistemlərimizin “Digital Bridge” platformasına və “mygov ID” xidmətinə qoşulması, elektron xidmətlərimizin “mygov” və “mygov Biznes” üzərindən təqdim edilməsi, sistemlərimizin “Hökumət buludu”na köçürülməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi barədə danışdıq.

Qəbul prosesində vətəndaşların ən çox istifadə etdiyi xidmətlərə ayrıca toxunduq. Qeydiyyatın, ixtisas seçiminin və müsabiqə nəticələrinin “mygov” üzərindən əlçatan olması, eləcə də ödənişlərin vahid platformada avtomatlaşdırılması imkanlarını nəzərdən keçirdik. Dövlət qulluğu sahəsində isə şəxsi işlərin elektron qaydada aparılması, dövlət qulluqçularının reyestrinin təkmilləşdirilməsi və xidməti fəaliyyətin qiymətləndirilməsi üçün rəqəmsal sistemin yaradılması barədə fikir mübadiləsi apardıq.

Süni intellektdən imtahan məzmununun keyfiyyətini yoxlamaq, yazılı cavabları qiymətləndirmək və vətəndaşların suallarını cavablandırmaq üçün necə istifadə edə biləcəyimizi də müzakirə etdik.

Rəqəmsal texnologiyalar işimizi və gündəlik həyatımızı sürətlə dəyişir. Düşünürəm ki, bu dövrün imkanlarını vaxtında görmək və onlardan doğru istifadə etmək vətəndaşlar üçün olduğu qədər dövlət qurumları üçün də vacibdir.

İnanıram ki, doğru mütəxəssislərlə işləsək və dövlət qurumları arasında əməkdaşlığı gücləndirsək, daha yaxşı nəticələr əldə edə bilərik”.

Məleykə Abbaszadənin DİM-də keçirdiyi son qəbuldan paylaşım – Foto - foto 1
Məleykə Abbaszadənin DİM-də keçirdiyi son qəbuldan paylaşım – Foto - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO