Növbəti köçün ünvanı Kəlbəcər rayonunun Zar kəndidir - VİDEO

Növbəti köçün ünvanı Kəlbəcər rayonunun Zar kəndidir - VİDEO

Hazırda oxunan: Növbəti köçün ünvanı Kəlbəcər rayonunun Zar kəndidir - VİDEO

642185

Kəlbəcər rayonunun Zar kəndinə növbəti köç gözlənilir.

Bizim.Media xəbər verir ki, bunu Prezidentin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə köç mərhələli şəkildə həyata keçirilir və dayanıqlı məskunlaşma işləri icra olunur:

"Dövlət investisiyalar yatırır, layihələr mərhələli şəkildə həyata keçirilir, yol infrastrukturu, binalar və kommunikasiya xətləri inşa olunur. Özəl sektor da həmin ərazilərdə böyük işlər görür. Müxtəlif şirkətlər yaşayış binaları və digər obyektlər tikir, fərqli sahələrə investisiyalar yatırır. Bu, dövlətin investisiya yükünün azalmasına və iqtisadi fəallığın daha da artmasına gətirib çıxarır".

B. Hacıyev hesab edir ki, köçlə yanaşı, həmin ərazilərdə məşğulluq da təmin edilməlidir.

"Müxtəlif obyektlərin yaradılması yeni iş yerlərinin açılmasına, məşğulluğun artmasına şərait yaradır. Kəlbəcər şəhərində 162 ailə məskunlaşıb. Rayona növbəti köçün olacağı Zar kəndində tikinti işləri yekunlaşmaq üzrədir. İşlər başa çatdıqdan sonra köç başlayacaq və kəndin əzəli sakinləri doğma yurdlarına qayıdaraq orada yaşayacaq və çalışacaq", - deyə xüsusi nümayəndə əlavə edib. (Report.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO