Astroloji proqnozlara görə, Günəş, Merkuri və Veneranın Əqrəb bürcündə bir araya gəlməsi bəzi bürclər üçün emosional baxımdan həssas bir dövr yarada bilər.
Bizim.Media xəbər verir ki, xüsusilə Əqrəb, Tərəzi və Buğa bürclərinin münasibətlərdə və şəxsi həyatlarında daha diqqətli olmaları tövsiyə edilir.
Əqrəb bürcü: Bu dövrdə emosional gərginlik və münasibətlərdə dəyişikliklər ön plana çıxa bilər. Keçmişdən qalan məsələlərin yenidən gündəmə gəlməsi mümkündür. Tələsik qərarlar verməmək və hisslərin təsiri altında hərəkət etməmək tövsiyə olunur.
Tərəzi bürcü: Maddi məsələlər, xərclər və şəxsi dəyərlə bağlı mövzular diqqət mərkəzində ola bilər. Maliyyə qərarları verərkən ehtiyatlı olmaq və böyük dəyişikliklərə tələsməmək məsləhət görülür.
Buğa bürcü: Münasibətlərdə keçmiş problemlər və fikir ayrılıqları yenidən gündəmə gələ bilər. Mübahisələr zamanı günahkar axtarmaq əvəzinə, ortaq məxrəc tapmağa çalışmaq və ani qərarlardan çəkinmək vacib sayılır. (demokrat.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:26 / 14.10.2026
Bu üç bürcü emosional gərginlik gözləyir
Hazırda oxunan: Bu üç bürcü emosional gərginlik gözləyir
Hazırda oxunan: Bu üç bürcü emosional gərginlik gözləyir
642106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































