Vüqar Qurbanovun qohumunun bıçaqlanması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Vüqar Qurbanovun qohumunun bıçaqlanması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Hazırda oxunan: Vüqar Qurbanovun qohumunun bıçaqlanması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

641102

Bu gün səhər saatlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasında Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hadisə zamanı xəsarət alan direktorun inzibati işlər üzrə müavininə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
 

"Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb".

 

Qeyd edilib ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə olunub. Bu hallar ilə bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan direktor müavini Orxan Ənvərli TƏBİB-in keçmiş sədri Vüqar Qurbanovun qohumudur. Vüqar Qurbanov vəzifədən azad edildikdən sonra Orxan Ənvərlinin onunla qohumluq əlaqəsini gizlətmək məqsədilə soyadını dəyişdirdiyi iddia olunur.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO