Həkimlərin icbari tibbi sığorta ilə bağlı şikayətlərinə TƏBİB-dən CAVAB

Həkimlərin icbari tibbi sığorta ilə bağlı şikayətlərinə TƏBİB-dən CAVAB

Hazırda oxunan: Həkimlərin icbari tibbi sığorta ilə bağlı şikayətlərinə TƏBİB-dən CAVAB

640940

Son günlər həkimlər icbari tibbi sığorta sistemi ilə bağlı narazılıq, şikayətlər edirlər. Həkimlər bu sistemlə onlara çatan məbləğin olduqca az olduğunu qeyd edirlər. 

Bəs faiz dərəcələrinin yüksəldilməsi, yaxud hansısa alternativ həll yolu hazırlana bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasının təsdiq edilməsi haqqında Qərara və digər normativ aktlara əsasən tənzimlənir. 

Məlumata görə, tabeli tibb müəssisələrində çalışan tibb işçilərinin ödəniş sistemi qanunun aliliyi, ədalətlilik, Şəffaflıq, rəqabətlilik, mütənasiblik prinsiplərinə əsaslanır. 

"Tibb işçilərinin əməkhaqqı onların tutduqları vəzifədən, stajından, xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilir. Bundan başqa, əmək şəraitinə görə ödənilən əlavələr mövcuddur. Bunlar da sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraiti, gecə vaxtı yerinə yetirilən işə görə əlavə və sairdir". 

Qeyd edilib ki, həmçinin tibb işçilərinə həvəsləndirici əlavələr ödənilir. Bunlar da sabit aylıq həvəsləndirici əlavələr və tibb işçilərinin işinin nəticələrinə görə olan aylıq həvəsləndirici əlavələrdir. Tibbi xidmətin sahəsindən asılı olaraq əlavələrin məbləği də dəyişir.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO