Tacikistanın 8 vətəndaşı Azərbaycanda ali təhsil alacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanda ali təhsil alacaq

Hazırda oxunan: Tacikistanın 8 vətəndaşı Azərbaycanda ali təhsil alacaq

640868

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş” çərçivəsində 2026-2027-ci tədris ili üzrə 8 Tacikistan vətəndaşı ölkəmizin ali məktəblərində təhsil almaq hüququ qazanıb.

Bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, Tacikistan vətəndaşları Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Tibb Universitetində bakalavriat və magistratura səviyyələrində təhsil alacaqlar. 

Təhsil proqramları humanitar və sosial, texniki və texnoloji, iqtisadiyyat və idarəetmə, eləcə də əsas (baza ali) tibb təhsili ixtisas istiqamətlərini əhatə edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO