Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Hazırda oxunan: Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Özət:


                        

640312

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşən Kükü dağına qar yağıb.

Bizim.Media xəbər verir ki, Kükü kəndindən 8 kilometr şimal-qərbdə yerləşən və mütləq hündürlüyü 3120 metr olan Kükü dağının zirvəsi ağ örpəyə bürünüb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən oktyabrın 1-dən 5-dək muxtar respublika ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi və yüksək dağlıq ərazilərdə qara keçəcəyi ilə bağlı proqnoz verilmişdi.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO