“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

Hazırda oxunan: “Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

640188

“3 oktyabr 1993-cü il Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündür. Bu, həmçinin Azərbaycanın siyasi-iqtisadi suverenliyinin təmin olunmasına aparan tarixdir”.

Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

O qeyd edib ki, son 33 il Azərbaycan tarixinə iqtisadi tənəzzülə qarşı mübarizə, stabillik və sürətli iqtisadi artım dövrləri kimi daxil olub:

“1993-cü ildə nominal qiymətlərlə 1,57 milyard dollar təşkil edən ÜDM 2025-ci ildə 76 milyard dollaradək artıb. Son 33 il ərzində Azərbaycan iqtisadiyyatına 360 milyard dollardan çox sərmayə qoyulub.

Rəsmi statistikaya əsasən, son 33 il ərzində dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb, orta aylıq nominal əməkhaqqı 65 dəfədən çox artaraq 17,9 manatdan 1174 manata yüksəlib.

Göründüyü kimi, son 33 ildə Azərbaycanın bütün iqtisadi göstəricilərində ciddi artımlar qeydə alınıb. Bu inkişafın banisi Ümummilli Liderdir. İnkişafın dayanıqlığını gücləndirən isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasət olub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO