Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

Hazırda oxunan: Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

640174

Pakistanda üç nəfərin təcavüzünə məruz qalan Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə bağlı yeni faktlar ortaya çıxıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkənin Pakistan seqmentində Diana Bağıyevanı ilk dəfə bu ölkəyə gətirdiyi iddia olunan şəxslə (böyük ehtimalla əri - red.) fotosu yayılıb.


 

Sözügedən şəxsin pakistanlı iş adamı Zain Buxari olduğu bildirilir. Diana Bağıyevanın iş adamından 2.5 milyon Pakistan rupisi (təxminən 15 min manat) pul aldığı iddia olunur.

Bildirilir ki, Diana Bağıyevanın Zain Buxari və onun 25 illik yaxın dostu, parça ticarəti ilə məşğul olan Şabir Əhməd (Nəqaş kimi də tanınır) arasında ixtilafın yaranmasına da səbəb olub. Nəticədə onların dostluğu pozulub, Zain Buxari isə onu Dianadan ayırmağa çalışdığı üçün "Nəqaş"ı öldürməyə cəhddə ittiham edilib.

Pakistan mediasında yayılan digər xəbərlərə görə, Diana Bağıyeva hazırda ailə üzvləri ilə ünsiyyətə qəti şəkildə can atmır. Onun yaxın vaxtlarda Azərbaycana qayıtması gözlənilir.

Xatırladaq ki, 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva Lahorda təcavüzə məruz qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO