Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hazırda oxunan: Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

640092

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər.

Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri “Microbial Cell” elmi jurnalında dərc olunub.

Alimlər bildiriblər ki, kofein təkcə beyinə təsir göstərmir. Dünyada ən geniş yayılmış neyroaktiv maddələrdən biri olan kofein diqqəti artırmağa və yuxululuğu azaltmağa kömək edir. Bununla yanaşı, onun hüceyrə qocalması və yaşla əlaqəli xəstəliklərlə mümkün əlaqəsi də araşdırılır.


Tədqiqat çərçivəsində alimlər bölünən maya hüceyrələri üzərində bir sıra təcrübələr aparıblar. Nəticələr kofeinin hüceyrənin enerji stresinə reaksiyasını tənzimləyən sistemə təsir etdiyini göstərib.

Araşdırmaya əsasən, kofein AMPK adlı fermenti aktivləşdirir. Bu ferment hüceyrənin enerji səviyyəsini izləyən və enerji çatışmazlığı və ya stress zamanı onun fəaliyyətini yenidən tənzimləməyə kömək edən bir növ “enerji sensoru” kimi çıxış edir.

AMPK-nın aktivləşməsi DNT-də yaranan zədələrin bərpası və maddələr mübadiləsinin tənzimlənməsi ilə də əlaqələndirilir.

Alimlər qeyd ediblər ki, AMPK zülalı təkcə mayalarda deyil, insanlarda da mövcuddur. Buna görə də aşkarlanan mexanizm gələcəkdə qocalma proseslərinin öyrənilməsi baxımından əhəmiyyət daşıya bilər.


Bununla belə, tədqiqatın nəticələri kofe içməyin insan ömrünü uzatdığını göstərmir. Araşdırma maya hüceyrələri üzərində aparılıb və birhüceyrəli orqanizmlərdə əldə olunan nəticələri birbaşa insanlara şamil etmək mümkün deyil.

Tədqiqatçılar hesab edirlər ki, aşkar edilən mexanizm yaşla bağlı dəyişikliklərin qarşısının alınması, qidalanma strategiyaları və potensial dərman vasitələrinin hazırlanması istiqamətində gələcək araşdırmalar üçün yeni imkanlar yarada bilər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO