Süni intellekt ən faydalı balığı açıqladı

Süni intellekt ən faydalı balığı açıqladı

Hazırda oxunan: Süni intellekt ən faydalı balığı açıqladı

640029

Balıq ən sağlam və balanslı qidalardan biri sayılır. Tərkibindəki omeqa-3 yağ turşuları, keyfiyyətli zülal və vitaminlər onu faydalı qida mənbəyinə çevirir.

Bəs müxtəlif balıq növləri arasında ən sağlam seçim hansıdır?

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, süni intellekt bu suala cavab verərkən qızılbalıq və alabalıqdan fərqli olaraq hamsini önə çıxarıb.

Süni intellektin qiymətləndirməsində balıqların qida dəyəri, omeqa-3 tərkibi və civə yığılması riski kimi amillər nəzərə alınıb. Bu meyarlar əsasında hamsinin xüsusilə diqqətçəkən seçim olduğu bildirilib.

 

Hamsi omeqa-3 yağ turşuları, keyfiyyətli zülal və D vitamini ilə zəngindir. Onun kiçik ölçülü balıq olması da üstünlük kimi qiymətləndirilir. Belə balıqlarda uzunömürlü və iri balıqlarla müqayisədə civə yığılması riskinin daha aşağı olduğu qeyd edilir.


Hamsinin digər üstünlüyü isə qiymətidir. Qızılbalıq kimi bahalı balıqlarla müqayisədə daha əlçatan olan hamsi həm yüksək qida dəyəri, həm də münasib qiyməti ilə fərqlənir. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO